7 iyun 2015 16:00
Eddi İsrafilov İngiltərə və İspaniya klublarının hədəfində
Azərbaycan yığmasının yarımmüdafiəçi, İspaniyanın "Mursiya" klubuna məxsus olan Eddi İsrafilovu heyətində görmək istəyən İngiltərə və ispan klublarının adları müəyyənləşib. Azerisport.az xəbər verir ki, İngiltərədə "Vest Bromviç Albion" və "Çarlton" komandaları futbolçumuzun xidmətində maraqlıdır.
Laon Premyer Liqa təmsilçiləri ona görə 1,5 milyon avro ödəmək istəmirlər. "Çarlton" ötən mövsüm bu oyunçuya görə hətta 800 000 avro, təklif etsə də, "Mursiya"nın prezidenti Xesus Samper buna razılaşmayıb.
İspaniya klublarından isə 22 yaşlı xavbeki "Almeriya", "Jirona", "Ovyedo", "Leqanyes" və "Las Palmas" istəyir.
