7 iyun 2015 15:45

"Necə olur ki, Prosineçki oyununu görmədiyi Paşayevi çağırır, çempionatımızın bombardirini yox?"

Azərbaycan yığmasının sabiq hücumçusu, hazırda "Qarabağ"ın U-16 komandasının baş məşqçisi Samir Musayevin azerisport.az saytına müsahibəsi

- "Qarabağ"ın mövsümü bu dərəcədə uğurla başa vuracağını gözləyirdiniz?
- Ağdamlıların sərgilədiyi oyunla çempionatı qazanacaqları aydın idi. Onların əsl rəqibi "İnter" idi. Amma "Qəbələ" də mövsümün sonlarını çox uğurlu keçirməyə nail oldu. "Qarabağ" isə hamıdan güclü olduğunu sübut etdi və mənə elə gəlir ki, Premyer Liqanın və kubokun qalibi olmağa tam layiq idi.

- Amma bu uğurlu mövsümdən sonra heç də hamı komandanın Çempionlar Liqasında uğurlu çıxış edəcəyinə inanmır. Bunu da komandanın mövsümün sonlarındakı qeyri-sabitliyi ilə izah edirlər...
- Uğurdan sonra məsuliyyət hissi daha da artır. Qurban Qurbanov da bunu gözəl başa düşür və mənə elə gəlir ki, nəsə fikirləşəcək.

- Mövsüm tam başa çatmasa da, komandaya yeni transferlər edilməyə başladı. Siz yeni oyunçulardan nə gözləyirsiniz?
- Onların "Qarabağ"a elə avrokuboklardan başlayaraq, böyük kömək edəcəklərinə inanıram.

- Çempionatın səviyyəsinin düşməsini, "İnter", "Simurq" və "Bakı"dakı maliyyə problemlərini izləmək kənardan sizə necə təsir edir?
- Kimin günahkar olduğunu deyə bilmərəm. Amma klublarımızın üzləşdiyi durumu izləmək çox üzücüdür. Onlar çempionata əlavə rəng qatırdılar. Azərbaycan futbolunun əsas liderlərindən idilər. Amma necə deyərlər, balıq başdan iylənər. Çempionatın səviyyəsinə gəlincə, təəssüf ki, azarkeş sayı çox azdır.

- Növbəti mövsümdə hansı klublarımızdan avrokuboklarda uğur gözləyirsiniz?
- Hamısından. Amma təmsilçilərimizin hamısına güclənmək lazımdır. Avrokuboklar Azərbaycan çempionatı deyil. İndiki vəziyyətdə isə fikrimcə, "Qarabağ"la "Qəbələ" bizi daha çox sevindirəcək.

- Azərbaycan yığmasının Serbiya və Norveçlə oyunlar üçün açıqlanan heyəti ilə tanışsınız?
- Bəli. Yeni adlar var. Ümid edirəm ki, onlar yığmaya düşməyə layiq olduqlarını göstərəcəklər. Pavel Paşayevin yığmaya dəvət olunması xüsusi maraq kəsb edir. Ukrayna çempionatında oynadığını eşitsəm də, onun haqda çox az məlumatım var. Mənə maraqlıdır ki, o, kimdir və yığmaya nə faydası dəyəcək?

- Çempionatın ən yaxşı bombardiri Nurlan Novruzov isə heyətə daxil edilməyib. Səhv etmiriksə, belə bir aqibətlə vaxtilə siz də qarşılaşmısınız...
- Bəli, mən də belə halla qarşılaşmışam. Cavabını Prosineçki bilər. Baş məşqçi oyununu görmədiyi Paşayevi dəvət edir, çempionatın ən yaxşı bombardirini isə çağırmır. Bu, necə ola bilər? Çox maraqlıdır. Mənə elə gəlir ki, Nurlanı da yığmaya çağırmaq, ona şans vermək lazımdır. Ola bilər ki, futbolçunun oyun üslubu baş məşqçinin futbol baxışları ilə üst-üstə düşmür. Amma ən azından onu sınamaq olar.

- Serbiya və Norveçlə oyunlardan nə gözləyirsiniz?
- Çətin olacaq. Rəqiblər çox güclüdür. Prosineçkinin bu komandalara qarşı nə hazırladığını bilmirəm. Amma yığmamız bu rəqiblərlə görüşlərdə uğurlu nəticə qazana bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.