7 iyun 2015 15:30
Nenad Tomoviç: Azərbaycan ilə oyun Danimarka ilə görüşə hazırlıq üçün yaxşı şansdır
Serbiya yığmasının müdafiəçisi Nenad Tomoviç Azərbaycana qarşı keçirəcəkləri yoxlama matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu, yaxşıdır ki, Azərbaycana qarşı 90 dəqiqə oynamaq şansımız var. Biz bu oyunda Danimarka ilə seçmə mərhələ görüşündə qələbə qazanmaq üçün lazım olacaq hər şeyi hazırlamağımız lazımdır".
