6 iyun 2015 19:00
Azərbaycan klubu İtaliya təmsilçisinə uduzdu
İtaliyanın Kataniya şəhərində təşkil olunan çimərlik futbolu üzrə Euro Winners Cup turnirinin 1/4 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu "Amrahbank" bu mərhələdə yerli "Kataniya" ilə qarşılaşıb.
Təəssüf ki, təmsilçimiz bu görüşdə 2:3 hesablı məğlubiyyətlə üzləşib.
