7 iyun 2015 14:30
Millimizin Serbiya ilə oyun üçün start heyəti
Azərbaycan yığmasının bu gün yoxlama oyununda üz-üzə gələcəyi Serbiya ilə görüşə hansı heyətlə çıxacağı demək olar ki, məlumdur. Azerisport.az xəbər verir ki, baş məşqçi Robert Prosineçki aşağıdakı oyunçuları ilk dəqiqələrdən meydana buraxmağa hazırlaşır:
Kamran Ağayev, Rəşad Sadıqov, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Rahid Əmirquliyev, Cavid Hüseynov, Əfran İsmayılov, Dmitri Nazarov, Araz Abdullayev, Məhəmməd Qurbanov.
