7 iyun 2015 14:15
Türkiyə klubu Leroy Corcdan imtina etdi
Türkiyənin "Göztəpə" klubunun Azərbaycan çempionu "Qarabağ"ın yarımmüdafiəçisi Leroy Corcun xidmətində maraqlı olduğunu xəbər vermişdik. Azerisport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, rəhbərlik "Torku Konyaspor"da çıxış edən türk əsilli almaniyalı futbolçu Benjamin Fuxsla anlaşıb. Onunla 3 illik müqavilə imzalanıb. "Göztəpə" həmçinin "Adanaspor"un braziliyalı forvardı Tyaqo ilə də danışıqlara başlayıb. Əvəzində məşqçilər korpusu uzun müddətdir maraqlandıqları "Qarabağ"ın yarımmüdafiəçisi Leroy Corcdan imtina ediblər. Amma bu imtinanın səbəbi dəqiq açıqlanmır.
