6 iyun 2015 14:00
Hakimlərimiz AÇ-nin seçmə mərhələsinə təyinat alıb
21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupunda iyunun 15-də keçiriləcək Monteneqro – Moldova oyununu FIFA referisı Orxan Məmmədov idarə edəcək. Azerisport.az xəbər verir ki, onun köməkçiləri Mehman Mahmudov və Yaşar Abbasov olacaq. Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.
