6 iyun 2015 12:00
Vitali Kovalyov Polşada
"Neftçi" PFK-nın Əvəzedici komandasının qapıçılar üzrə məşqçisi Vitali Kovalyov Polşanın Brzeq şəhərində keçirilən “Beynəlxalq Qapıçılar Məşqçiləri Seminarı”nda (IGCW) iştirak edib. Azerisport.az xəbər verir ki, 4 iyun tarixində başlamış tədbirdə seminar iştirakçılarına fəaliyyət və qavrama üzrə təlimlərin keçirilməsi, psixoloji hazırlıq, qapıçıların texniki bacarıqlarının inkişafı, real oyun vəziyyətlərində fərqli qərarların verilməsi və s. mövzularda mühazirələr oxunub.
