6 iyun 2015 13:00
Qəbələdən böyükhesablı qələbə
Qazaxıstanda keçirilən 16 yaşadək futbolçulardan ibarət komandalar arasında beynəlxalq turnirə start verilib. Azerisport.az xəbər verir ki, “Qəbələ”nin U-16 komandasının da mübarizə apardığı yarışda ilk turun iki oyunu keçirilib.
“Qırmızı-qaralar”ın birinci rəqibi Almatı “Kayrat”ı olub. Famil Xəlilovun baş məşqçisi olduğu komandamız yarışa böyükhesablı qələbə ilə başlayıb – 4:1. İlkin Abdullayevin dubl etdiyi qarşılaşmada “Qəbələ”nin digər qollarını Elvin İmanlı və Kamran Quliyev vurublar.
