7 iyun 2015 11:30
Neftçidə yeni baş məşqçi məsələsi ilə bağlı sabah qərar veriləcək
Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Neftçi"nin yeni baş məşqçisi yaxın günlərdə məlum ola bilər. Azerisport.az xəbər verir ki, iyunun 8-də klubun Müşahidə Şurasının iclası olacaq.
Toplantıda klubun başa çatan mövsümdə çıxışı, eyni zamanda avrokuboklara hazırlıq planı müzakirə ediləcək. İclasda ən vacib məsələ yeni baş məşqçi postuna namizədlərin adı açıqlanacaq.
Qeyd edək ki, ölkə kubokunun finalından sonra Arif Əsədov baş məşqçi vəzifəsindən istefa verib.
