6 iyun 2015 00:30
Hoffenhaymın hücumçusu milli komandamıza qarşı oynaya biləcək
Almaniyanın "Hoffenhaym" klubunun hücumçusu Tarik Elyunussi Norveç yığmasına dəvət olunub. Azerisport.az xəbər verir ki, o, İsveçə qarşı yoxlama və Azərbaycanla AÇ-2016-nın seçmə mərhələ matçında iştirak edə bilər.
Qeyd edək ki, Tarik öncədən yığmanın heyətində yer almamışdı. Lakin sonradan baş məşqçi Per-Matias Hoqmo fikrini dəyişərək, Elyunussiyə də dəvət göndərib.
Norveç iyunun 8-də Osloda İsveçi, ayın 12-də isə Azərbaycanı qəbul edəcək.
