6 iyun 2015 00:20
Maksimoviç: Azərbaycan ilə oyun mənim üçün xüsusi əhəmiyyət daşıyır
Serbiya yığmasının müdafiəçisi Nikola Maksimoviç Azərbaycana qarşı keçirəcəkləri yoxlama oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Bu oyun mənim üçün xüsusi əhəmiyyət daşıyacaq. Vaxtilə məni "Srvena Zvezda"ya Robert Prosineçki cəlb etmişdi. Mən ondan çox şey öyrəndim və karyeramda irəliyə doğru böyük addımlar atdım. Azərbaycanla oyun bizim hazırda hansı formada olduğumuzu göstərəcək".
