Leroy Corc: Yaxın günlərdə menecerimlə bütün variantları müzakirə edəcəyəm
"Qarabağ"ın yarımmüdafiəçisi Leroy Corc Azərbaycan çempionu adını və ölkə kubokunu qazanmaları ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Hollandiya mətbuatına açıqlamasında o, bunları söyləyib:
"Möhtəşəm hisslərdir. İki dəfə ardıcıl ölkə çempionu olduq. Bu il çempionluqla yanaşı kuboka da sahib çıxdıq".
Hollandiyalı vinger öz oyunundan da danışıb: "Hesab edirəm ki, öz oyunumla, qollarımla, məshuldar ötürmələrimlə komandama faydalı ola bildim. Çoz uzun mövsüm keçirdik. Amma onu yaxşı başa vurduq".
Leroy son mövsümdə ən üzücü məqam kimi, Avropa Liqasının qrup mərhələsində İtaliya "İnter"i ilə qarşılaşmada vurduqları qolun sayılmamasını qeyd edib: "Çox üzücü idi. Xüsusilə də, bizim əvəzimizdə növbəti mərhələyə yüksələn Ukrayna "Dnepr"inin finala qədər irəliləməsini izləmək. Hakim belə bir səhvə yol verməsəydi, növbəti mərhələyə biz vəsiqə qazanacaqdıq. İstənilən halda son mövsümdəki çıxımışımızdan yalnız qürur duyuram".
28 yaşlı futbolçu gələcək planlarından da danışıb: "Yaxın günlərdə menecerimlə görüşüb, sakitcə hər şeyi müzakirə etmək istəyirəm. Son iki ildə xaricdə keçirdiyim futbol həyatımda çox şey görüb, öyrənmişəm. Hollandiyaya tez qatıtmaq istəmirəm. Hazırda istirahət edirəm". (Voetbal International)
