5 iyun 2015 18:40
Petar Zlatinov: İnterə döndüyümə ancaq sevinə bilərəm
Bolqarıstanın "Çerno More" klubunun yarımmüdafiəçisi Petar Zlatinov yenidən Bakı "İnter"ində çıxış etməyə çox yaxındır. Azerisport.az saytına açıqlamasında o, özü də bunu etiraf edib:
"Bəli, "İnterlə danışıq aparıram. Tamamilə mümkündür ki, yenidən bu komandaya qayıdım. Buna görə ancaq sevinə bilərəm. Çünki "İnter" mənim üçün doğma klubdur, orada beş iş oynamışam. Danışıqlar davam edir, görək necə bitəcək. Düzünü deyim ki, hazırda bu klubda işlərin necə getdiyindən xəbərim yoxdur. Biz hələ mənim nə qədər alacağımı da dəqiqləşdirməmişik".
Qeyd edək ki, Zlatinov "Çerno More" ilə bu mövsüm Bolqarıstan Kubokunu qazanıb.
