5 iyun 2015 18:20
"Səlahət Ağayev hardasa 100 manata oynayıbsa, bizdən ikiqatını tələb etməməlidir"
"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov Azərbaycan yığmasının qapıçısı Səlahət Ağayevin cənub klubuna mümkün keçidindən danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Səlahət bizdən 350 000 manat istəyib? Klubumuzun nümayəndələri onunla danışıb. O, siyahımızda olan 20 futbolçudan biridir. Həmin siyahı çempionatımızda oynayan yerli və əcnəbi futbolçulardan ibarətdir. Səlahətin meneceri qardaşıdır. Ancaq bizim qapıçının özü ilə görüşümüz olacaq və təklifimizi verəcəyik. Hər bir futbolçu hansı kluba gəldiyini bilməlidir. Başqa klubda 100 manata oynayan, bizdən ikiqatını tələb etməməlidir".
