5 iyun 2015 17:00
Tuyqun Nadirov: Yeni baş məşqçinin qarşısına qızıl dubl hədəfi qoyulub
"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov Yunis Hüseynovun baş məşqçi təyin olunmasına münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Yunis Hüseynovun təyinatı mövsümün sonunda olmuşdu. Komandaya Pro kateqoriyası olan məşqçi rəhbərlik etməli idi. Bu, UEFA-nın tələbidir. Hüseynov yeni komanda formalaşdıracaq. Onun qarşısına növbəti mövsümdə qızıl dubl etmək vəzifəsi qoyulacaq. Legioner seçimini çox diqqətlə etməyə çalışacağıq. Səhv etmək olmaz".
