5 iyun 2015 15:20
Yunis Hüseynov baş məşqçi təyin edildi
Ötən gün "Xəzər Lənkəran" rəhbərliyi son mövsümün yekunlarına və növbəti mövsümə hazırlıqlarla bağlı iclas keçirib. Azerisport.az xəbər verir ki, iclasda klubun idman direktoru Yunis Hüseynovun baş məşqçi təyin edilməsi haqqında qərar qəbul edilib.
Həmçinin ötən mövsümün ikinci yarısında komandanın baş məşqçi vəzifəsini icra etmiş Elbrus Məmmədov əvəzedici heyətin baş məşqçisi postunda işinə davam etdirəcək. (klub saytı)
