5 iyun 2015 14:40
Həsənalızadə Sumqayıtla yeni müqavilə imzaladı
"Sumqayıt" FK 2015/2016 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Azerisport.az xəbər verir ki, sözügedən klub mərkəz müdafiəçisi Bəxtiyar Həsənalızadə ilə 1 illik yeni müqavilə imzalayıb.
Qeyd edək ki, "Sumqayıt" FK bundan əvvəl Vurğun Hüseynov və Murad Ağayevlə yeni müqavilə imzalamışdı.
