5 iyun 2015 12:00
Mitroviç: Azərbaycan ilə oyunda yaxşı oynayıb, qələbə qazanmalıyıq
Serbiya yığmasının hücumçusu Aleksandr Mitroviç Azərbaycan millisinə qarşı keçirəcəkləri yoxlama matçından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu oyun bizim üçün son dərəcə vacib görüşdür. Çünki AÇ-2016-nın seçmə mərhələ oyununa yaxşı hazırlaşmağımız lazımdır. Yaxşı oyun göstərib, qələbə qazanmaq lazımdır. Azərbaycana qalib gəlməyə borcluyuq".
