Klublar Komitəsinin iclası 9 üzvlə başladı
Bu gün AFFA Klublar Komitəsinin növbəti iclası keçirilir. Azerisport.az xəbər verir ki, toplantıda 9 klub rəsmisi iştirak edir.
Bunlar "Qarabağ"ın direktoru Əmrah Çəlikəl, "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov, "Bakı"nın vitse-prezidenti Yaşar Seyidov, "İnter"in prezidenti Georgi Nikolov, AZAL-ın baş meneceri İlkin Qasımov, "Neftçi"nin icraçı direktoru Elnur Məmmədov, "Sumqayıt"ın prezidenti Kamran Quliyev, "Simurq"un baş meneceri Kamran İsmayılov və "Xəzər Lənkəran"ın vitse-prezidenti, Klublar Komitəsinin sədri Tuyqun Nadirovdur.
Maraq üçün xatırladaq ki, bu dəfəki iclasın öncədən "Qarabağ"ın bazasında keçirilməsi planlaşdırılmışdı. Lakin sonradan fikir dəyişdirən komitə üzvləri klubların bazasındakı görüşlərə növbəti mövsümdən start verməyə razılaşıblar. Bu üzdən də hazırda davam edən görüş "Hilton" otelində keçirilir.
