5 iyun 2015 11:20

Muarem Muarem: Qarabağ yeni müqavilə təklif etsə də, razılaşa bilmədik

"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muaremin azerisport.az saytına müsahibəsi

- "Neftçi" ilə final oyunu barədə nə deyə bilərsiniz?
- Bu oyun bizim üçün çox vacib idi. "Neftçi" ilə görüşlərimiz həmişə çətin keçib. Bu mövsüm çempionat oyunlarında onlara qarşı yaxşı çıxış etmişdik. Yaxşı ki, kubokda da uğur qazana bildik. Bundan yaxşı nəsə ola bilməzdi.

- Sizə elə gəllmir ki, erkən qol bu görüşün taleyinə böyük ölçüdə təsir etdi?
- Düşünmürəm. Bizə istənilən halda çətin idi. Çempionatdakı oyunda da onlara 2:0 hesabıyla qalib gəlirdik, amma onlar hesabı bərabərləşdirdilər.

- Həmin aqibəti yenidən yaşayacağınızdan qorxurdunuz?
- "Neftçi" qol vurandan sonra təbii ki, bir qədər həyəcan artdı. Amma biz yaxşı oynadıq. Üçüncü qolu vurduqdan sonra isə sakitləşdik.

- Siz finala "Qarabağ"ın heyətindəki son oyununuza çıxdığınız üçün mütləq qol vurmaq istəyirdiniz...
- Birincisi, hələ bu komandada son oyunuma çıxdığımı dəqiq demək olmaz. Gələcəkdə nəyin necə olacağını bilmək olmur. İkincisi, hələ mən "Əskişəhərspor"la razılığa gəlməmişəm.

- "Qarabağ" sizə yeni müqavilə təklif edib?
- Bəli. Amma biz hələ bəzi məsələlərdə razılığa gələ bilmədik. Problem yoxdur. Mən burada üç il oynadım, yaxşı matçlar keçirdim, avrokuboklarda iştirak etdim, çempionatda və kubokda qalib gəldim.

- "Qarabağ"dan getdiyinizə görə təəssüflənmirsiniz?
- Müəyyən baxımdan təəssüflənirəm. Çünki burada çoxlu dostum var. Amma mən futbolçuyam və belə keçidlərə hazır olmalıyam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.