5 iyun 2015 11:00
Petar Zlatinov İnterə qayıdır
"İnter" rəhbərliyi komandanın keçmiş futbolçularından biri - Petar Zlatinovu geri qaytarmağa çalışır. Azerisport.az xəbər verir ki, hazırda tərəflər arasında danışıqlar aparılır.
Qeyd edək ki, Zlatinovun son klubu "Çerno More" olub. Hazırda azad agent statusu daşıyan təcrübəli futbolçunun bakılılarla 1 illik müqavilə imzalaması gözlənilir.
Xatırladaq ki, Zlatinov 2008-ci ildən 2013-cü ilədək "İnter"in şərəfini qoruyub.
