5 iyun 2015 00:30

Aqil Məmmədov: Belə oyunla Avroliqada heç nə edə bilmərik

"Neftçi"nin qapıçısı Aqil Məmmədovun azerisport.az saytına müsahibəsi

- "Qarabağ"a kubokun finalındakı məğlubiyyətlə bağlı nə deyə bilərsiniz?
- "Qarabağ"ı layiqli qələbə münasibəti ilə təbrik edirəm. Ümid edirəm ki, "Qarabağ" da, "Neftçi" də Azərbaycanı avrokuboklarda layiqincə təmsil edəcək. Amma biz orada belə oyunla oynamamalıyıq.

- "Neftçi"yə bu oyunda layiqli mübarizə aparmağa nə mane oldu ki?
- Bizim oyunumuz qətiyyən alınmadı. Belə rəqibə qarşı layiqli mübarizə aparmaq üçün gərək öz oyununu ortaya qoyasan. Bu isə bizdə alınmadı.

- Demək olar ki, erkən qol "Neftçi"ni "sındırdı"?
- Deməzdim ki, məhz bu qol oyunda dönüş nöqtəsi oldu. Amma təbii ki, təsirsiz də ötüşmədi.

- Rəqib azarkeşlər sizin oyundan öncəki açıqlamalarınızı ələ salıb gülürdülər...
- Azarkeşlər istədiklərini edə, deyə bilərlər. Bunda ciddi bir şey görmürəm.

- "Neftçi" bu mövsüm heç nə qazana bilmədi.
- Bizim bəzi problemlərimiz var idi. Bu problemlərin öhdəsindən gələ bilmədiyimizə görə, heç nə edə bilmədik. Amma ən azından Avropa Liqasına vəsiqə qazana bildik.

- Avropa Liqasında sizdən nə gözləyək?
- Bu oyunla heç nə. Amma dəyişikliklər olacaq. Ona görə zamanla hər şeyin daha yaxşı olacağını düşünürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.