4 iyun 2015 20:00

Qarabağ rəhbərliyi mövsümə yekun vurdu

Topaz Premyer Liqasının 2014/15 mövsümünün çempionu “Qarabağ” dünən Qəbələdə Azərbaycan Kubokunun da qalibi olaraq “qızıl dubl” etdi. Azerisport.az xəbər verir ki, oyundan sonra Bakıya qayıdan komanda mövsümü başa çatdırıb.

Bu gün mövsümün yekunlarıyla bağlı "Qarabağ"ın bazasında tədbir keçirilib. Tədbirdə klub prezidenti Abdulbari Gözəl, vitse-prezident Tahir Gözəl, idarə heyətinin üzvləri Fevzihan Aras, Savaş Uzan, direktor Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov iştirak ediblər.

Öncə söz baş məşqçi Qurban Qurbanova verilib. O, qısa çıxışında hər kəsi təbrik edib: “Hər şey düşündüyümüzdən də yaxşı alındı. Başda klub prezidenti olmaqla, hər kəsi təbrik edirəm. Bizim işimiz meydançada olmalıdı. İnşallah, daha da yaxşı olması üçün əlimizdən gələni etməyə çalışacağıq”.

Çalışdırıcının qısa nitqindən sonra vitse-prezident Tahir Gözəl çıxış edib: “Möhtəşəm bir mövsüm keçirdik. Bunun ən böyük səbəbi gözəl səmimiyyət, paklıqdı. Siz “Qarabağ”a baxanda “Azərsun”u görə bilərsiniz. Hər bir insanın, ölkənin çətin günləri olur. Azərbaycanın çətin vaxtlarında “Azərsun” qiymətləri artırmadı, ölkəyə dəstək oldu. “Qarabağ” on minlərlə insanın zəhmətinin bəhrəsidi. Rəhmətlik Heydər Əliyev Qarabağın həmişə yaşamasını istəyirdi. Bu məqsədlə də klubu prezidentimiz Abdulbari Gözələ həvalə etdi. O da bu klubun idarəçiliyini bir oğlu kimi mənə tapşırdı. Əlimdən gələni etdim ki, bu işi layiqincə görüm. Hələ o vaxt Qurban Qurbanovla görüşəndə bildim ki, bu komandanın gələcəyi var”.

Son olaraq isə prezident Abdulbari Gözəl fikirlərini bölüşüb: “Dəvədən böyük fil var. Fillərin savaşına da eyni əzmlə getmək lazımdı. “Qarabağ” artıq yavaş-yavaş Azərbaycan həddini keçib, beynəlxalq səviyyəli komandaya çevrilib. Qarabağa edilən ədalətsizlik təkcə iki ölkənin müharibəsi deyil. Burda başqa əllər də var. Təəssüf ki, o qüvvələr bu atəşi elə yandırdılar ki, qarşısındakı da bilmədi ki, gələcəyini qaraldır. İndi baxın Azərbaycan hansı səviyyədədi. Türkiyəyə boru xəttinin çəkilməsi Azərbaycanı başqa yerə gətirdi. Allah Heydər Əliyev kimi lideri yetişdirdi, o da Azərbaycanın gücünə güc qatdı. Avropa Oyunları Bakıda başlayacaq. Bu, sadə bir iş deyil. Azərbaycan burda mədəniyyətini, birliyini göstərdi. İdman sahəsində bu ölkə artıq adını gözəl hərflərlə yazdırır. Rəhmətlik Heydər Əliyev mənə demişdi ki, al bu klubu apar irəli. Onun davamçısı İlham Əliyev də həmişə bizi dəstəklədi. Heydər Əliyevin mənə verdiyi bayrağı və cənab prezidentin dəstəyini dünyaya daşıdıq. “Qarabağ” heç vaxt qürurlanmaz. Qürurlanmaq Allaha məxsusdu. Bizim üçün bu bayrağı daşımaq şərəfdi. “Qarabağ”ın qələbəsi Azərbaycan üçün də çox önəmlidi. Bura gəlmişəm ki, kluba təşəkkür edim. Bu uğurlar boş yerə qazanılmayıb. Bir kollektivin zəhmətinin bəhrəsidi. İnşallah, fillərlə də savaşacaqsınız. Allah köməyiniz olsun”.

Ardınca Abdulbari Gözəl həm əsas komandanın çempionluq kubokunu baş məşqçi Qurban Qurbanov, həm də U-16 komandasını çempion etmiş Samir Musayevlə birlikdə kuboku qaldırıblar. Ən sonda isə "Qarabağ" - çempion" yazılmış tort gətirilib. Klub prezidenti tortu baş məşçi ilə birlikdə kəsiblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.