4 iyun 2015 19:45
Yunis Hüseynov Draqan Çeranı Xəzər Lənkərana aparır
"Xəzər Lənkəran"ı yeni mövsümdən Yunis Hüseynov çalışdıracaq. Azerisport.az saytına klubun mətbuat xidmətindən verilən məlumata görə, artıq o, komandanın yeni mövsüm üçün heyətini müəyyənləşdirmək üçün çalışır.
Komandanın ilk transferlərindən biri "Simurq"la yollarını ayıran Draqan Çeran ola bilər. Hazırda bu yöndə danışıqlar davam edir.
