4 iyun 2015 19:30
Abdulbari Gözəl: Qarabağ tədricən dünya səviyyəli klub olur
"Qarabağ"ın prezidenti Abdulbari Gözəl komandanın qazandığı son uğurlarla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Klub böyük uğurlar qazanıb. Amma bu, hələ son deyil. Daha yaxşı nəticələrə nail ola bilərik. "Qarabağ" tədricən dünya səviyyəsinə qalxır. Biz bütün türk dünyasını layiqincə təmsil edirik. Bir vaxtlar Heydər Əliyev mənə bu komandanı götürüb, ən güclülərdən birinə çevirməyi söyləmişdi. O, buna inanırdı. Bu gün biz onun istəyini reallaşdırmışıq. Bizim üçün burada çalışmaq və belə bir klubla uğurlar qazanmaq şərəfdir".
