4 iyun 2015 19:15
Qurban Qurbanov: Rəhbərliyi bundan sonra da sevindirməyə çalışacağıq
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın qazandığı son uğurlarda rəhbərliyin rolundan danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Hər şey gözlədiyimizdən də yaxşı alındı. Klub rəhbərliyini və "Qarabağ" azarkeşlərini qazanılan uğurlar münasibəti ilə təbrik edirəm. Dəstəyinizə görə çox sağ olun. Klub prezidenti Abdulbari Gözəl bu uğurlarımız üçün böyük güc sərf edib. Biz isə bundan sonra da onun etimadını doğrultmağa çalışmalıyıq".
