Mursiya Eddi İsrafilov üçün son qiyməti açıqladı
İspaniya mətbuatı Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun karyerasını harada davam etdirəcəyini diqqətdə saxlamaqda davam edir. Azerisport.az xəbər verir ki, müqavilə ilə "Mursiya"ya məxsus olsa da, son mövsümü La Liqa klubu "Qranada"da keçirən futbolçumuzun aqibəti qaranlıq olaraq qalmaqdadır.
"La Verdad" nəşrinin yazdığına görə, "Qranada"nın İsrafilovun transfer hüququnu almaq üçün iyulun 10-dək zamanı var. Bu müddət ərzində La Liqa təmsilçisi 1,5 milyon avro qarşılığında onun transfer hüququnu tam olaraq ələ keçirə bilər.
"Qranada" Eddini heyətində saxlamayacağı halda isə "Mursiya" onu başqa kluba sata bilər. Maliyyə problemlərindən əziyyət çəkən bu klubun İsrafilovu hətta 500 000 avroya da satması istisna olunmur. Lakin "Qranada"ya yox, başqa kluba.
