4 iyun 2015 18:15
Fransalı futbolçu Azərbaycan klubuna keçə bilər
Fransalı müdafiəçi Aleksandr Bart karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, son mövsümü "Ludoqorets"də keçirən müdafiəçi hazırda Azərbaycan, Rusiya və Bolqarıstandan aldığı təklifləri dəyərləndirməklə məşğuldur. Xüsusilə ruslardan və Azərbaycandan aldığı təkliflər maliyyə baxımından Bart üçün daha əlverişlidir. Lakin onun sonda necə seçim edəcəyi bilinmir.
