4 iyun 2015 17:00

Yay Futbol Düşərgəsində 1-ci mərhələ başa çatdı

"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İstehsalat Birliyi və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün keçirilən "Yay Futbol Düşərgəsi" layihəsində birinci mərhələ başa çatıb. Azerisport.az xəbər verir ki, bununla əlaqədar olaraq "Kapital Bank Arena"da layihənin təqdimetmə mərasimi baş tutub.

Mərasimdə "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, "Sumqayıt" FK-nun prezidenti Kamran Quliyev, "Kapital Bank" ASC-nin nümayəndəsi Cəvahir Əhmədova, "Paşa Həyat Sığorta" ASC-nin nümayəndəsi Elnur Hüseynquliyev, futbol veteranları Telman Salahov və Abdulla Məmmədov iştirak edib.

İlk olaraq, tədbir haqqında qonaqlara və iştirakçılara ətraflı məlumat verən klubun rəhbəri Kamran Quliyev "Yay Futbol Düşərgəsi" layihəsinin məqsədlərindən danışıb. Klubun rəhbəri layihənin ərsəyə gəlməsində əziyyətləri olan partnyorlara və sponsora minnətdarlığını bildirib.

Daha sonra söz "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayevə verilib. Muxtar müəllim də öz növbəsində bütün iştirakçıları salamlayaraq uşaqlara yeni tədris ilində uğurlar arzulayıb.

Ardınca "Yay Futbol Düşərgəsi" layihəsinin fəal iştirakları təltif edilib. Daha sonra bütün iştirakçılara diplomlar, partnyorların hazırladığı xüsusi hədiyyələr, "Sumqayıt" FK-nun idman geyimləri və AFFA-nın hədiyyələri təqdim edilib.

Qeyd edək ki, 2 iyun tarixində start verilən layihə 9 gün müddətində 3 qrup üzrə keçirilir. Ümumilikdə, bu layihədə Sumqayıtda yerləşən 52 məktəb və liseyin tədris ilində fərqlənən 100-dən artıq oğlan və qız şagirdi iştirak edir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.