4 iyun 2015 16:30
Samir Əliyev: Neftçini nə vaxt bir araya gətirəcəyimi bilmirəm
"Neftçi"nin əvəzedicilərinin baş məşqçisi Samir Əliyev əsas komandanın müvəqqəti olaraq ona tapşırılmasından danışıb. Azerispot.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yəqin ki, bu, müvəqqəti təyinatdır. Hələ bu barədə tam məlumatım yoxdur. Komandanı nə vaxt bir araya gətirəcəyimi də bilmirəm. Çünki klub rəhbərliyi ilə görüşməmişəm. Yalnız onlarla görüşəndən sonra bundan sonrakı işlərim barədə danışa bilərəm".
