4 iyun 2015 15:00
Milli komandanın toplanışına 13 futbolçu çağırıldı
İyunun 14-dən 21-dək AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da çimərlik futbolu üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq toplanışa dəvət olunmuş futbolçuların siyahısı da açıqlanıb.
Həmin siyahını diqqətinizə çatdırırıq:
Zeynal Zeynalov
Orxan Məmmədov
Vaqif Şirinbəyov
Elçin Qasımov
Hikmət Bağırov
Emin Kürdov
Asif Zeynalov
Elvin Quliyev
Amid Nəzərov
Renat Sultanov
Sabir Allahquliyev
Vüsal İsmayılov
Namiq İsgəndərov
