4 iyun 2015 14:45
Arif Əsədov: Mənim əlimin altında lazımi ehtiyat qüvvə yox idi
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Azərbaycan Kubokunun finalında "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında paytaxt klubunun sabiq çalışdırıcısı 1:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Bir daha şahidi olduq ki, iki cəbhədə mübarizə aparmaq üçün bərabər səviyyəli iki heyətin olması vacibdir. Mənim əlimin altında belə bir heyət yox idi. Oyundan öncə kifayət qədər inamlı danışmışdım. Çünki bu inamın oyunçularıma da təsir edəcəyini düşünürdüm. Amma alınmadı".
