4 iyun 2015 14:00

Qəbələ Qazaxıstana yollandı

“Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək. Azerisport.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda yay fasiləsində Qazaxıstanda təşkil olunan yarışda qüvvəsini sınayacaq. Bu gün Almatı şəhərinə yollanan “qırmızı-qaralar” 4 komandanın qatıldığı dairəvi sistemli yarışın mükafatları uğrunda mübarizə aparacaq.

Sabah məşq edib, ilk tura hazırlaşacaq “Qəbələ” iyunun 5-də turnirin açılış oyununda meydana çıxacaq. Həmin gün saat 10:00-da başlayacaq matçda komandamız yerli “Kayrat”la üz-üzə gələcək. Ertəsi gün futbolçularımız ikinci sınağa çıxacaq. Bu dəfə rəqib Almatı klublarının yığma komandası olacaq. Qarşılaşma saat 12:15-də start götürəcək. Ertəsi gün futbolçulara istirahət verən təşkilatçılar onların məşqi ilə yanaşı, şəhərə ekskursiyasını da planlaşdırıb. İyunun 8-də isə turnirin son oyunları keçiriləcək. “Qəbələ” saat 10:00-da başlayacaq matçda Qırğızıstanın “Abdış-Ata” komandası ilə görüşəcək. İyunun 9-da digər iştirakçılar kimi istirahət edəcək “qırmızı-qaralar” ertəsi gün vətənə dönəcək.

“Qəbələ” Almatı şəhərindəki turnirə 18 futbolçu ilə yollanıb. Bunlar Sərxan Osmanov, Elməddin Sultanov, Aqil Məmmədyarov, Elvin İmanlı, Faiq Hacıyev, Kamran Quliyev, Osman Soltanov, Vüsal Ələkbərli, İlkin Abdullayev, Məhəmməd Abbaslı, Nəbi Məmmədov, Əli Məzahirli, Əli Sadıqov, Rüstəm Nuriyev, Tunar Mütəllimov, Nurlan Cəfərov, Cavidan Qasımlı, Tural Əjdərlidir.

Qeyd edək ki, “Qəbələ” ötən ay başa çatan U-16 Liqasında 2-ci yeri tutub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.