4 iyun 2015 13:30
Rəşad Sadıqov: Qurban Qurbanovun yanında məşqçi kimi çalışmaq mənim üçün böyük şans olar
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov karyerasını başa vurmaq planlarından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Oyunçu karyeramı başa vurandan sonrakı həyatımın necə olacağını bilmirəm. Bəzi klublar var ki, futbol sahəsində qalıb çalışa bilərəm. Amma təbii ki, "Qarabağ"da böyük sevinclə çalışardım. Qurban Qurbanovun yanında məşqçi çalışmaq mənim üçün böyük şans olardı. Təbii ki, məşqçi olmaq istəsəm. Ola bilər ki, məşqçi olmaq istəməyim, rəhbərlikdə çalışmalı olum. Amm dəqiq planım yoxdur".
