4 iyun 2015 12:45

Böyükağa Hacıyev: Arif Əsədov Şuranın iclasını gözləməməliydi

"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan Kubokunun finalı barədə danışıb. O, azerisport.az saytına müsahibəsində bildirib ki, gözlənilən baş verib və "Qarabağ" layiqli qələbə qazanıb:

"Deyəsən, bəziləri doğrudan "Neftçi"nin qalib gələcəyini gözləyirdi. Mənim "ağ-qaralar"a böyük hörmətim var. Amma reallıqla yaşamaq lazımdır. Bu gün "Qarabağ" ölkənin ən güclü klubudur. Həm çempionat, həm də kubok yarışlarının səviyyəsi çox aşağı düşüb. Cəmi 1-2 komanda yaxşı futbol sərgiləyir. "Qarabağ"ın qalib gəlməsi ədalətin təntənəsi idi. "Neftçi" bu oyunla udsaydı, Azərbaycan futbolunun sonu olacaqdı. Finalda "ağ-qaralar"ın futbolçularında istək, əzmkarlıq görmədim. Bir-iki futbolçunu çıxmaq şərtiylə, digərləri aşağı səviyyədə oynadı".

Böyükağa Hacıyev həmkarı Arif Əsədovun istefaya göndərilməsiylə bağlı danışmaq istəməsə də, məşqçinin gecikdiyini dedi: "Həmkarım haqda danışmaq çətindir. Sadəcə, bir məqamı deməliyəm. Eşitmişəm ki, oyundan sonra jurnalistlərə deyib ki, hələ 1 illik müqaviləm var. Belə oyunda uduzursansa, getməlisən. O, Muşahidə Şurasının iclasını gözləməməliydi. Özü getməliydi, belə daha yaxşı olardı".

Hacıyev eyni zamanda "Neftçi"yə əcnəbi məşqçinin dəvət olunmasını yanlış qərar hesab edir: "Hər şeyi rəhbərlik həll edəcək. Öncə "Qarabağ"a Çempionlar Liqasında, "Neftçi"yə Avropa Liqasında uğur diləyirəm. İndiki zamanda "ağ-qaralar"da islahatlara ehtiyac var. Futbolçuların çoxu dəyişməlidir. Heyətə yeni nəfəs lazımdır. Məşqçi məsələsinə gəlincə, uğurların hamısını yerlilər qazanıb. Əcnəbi məşqçinin gəlişi yanlış addım olacaq".

"Neftçi"nin Avropa Liqasındakı perspektivlərinə gəlincə, sabiq baş məşqçi proqnoz verməkdən çəkinmədi: "Bu, bizim görmək istədiyimiz komanda deyil. Bu "Neftçi"dən pley-off tələb etmək olmaz. Bir mərhələ keçsələr, onları alqışlamaq lazımdır. Çünki, oyun baxımından geriləmə var".

"Təklif olsa, "Neftçi"yə qayıdarsınızmı?" sualına isə Böyükağa Hacıyevin cavabı qısa oldu: "Olmayan təklif haqda danışmaq düzgün deyil. "Neftçi"dən zəng gəlsə, fikirləşərəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.