4 iyun 2015 12:00
Muarem: Ola bilər ki, nə vaxtsa Qarabağa qayıtdım
"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem Türkiyənin "Əskişəhərspor" klubuna keçidindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu gün Türkiyəyə gedirəm. "Əskişəhərspor"la müqavilə bağlayıb-bağlamayacağıma orada aydınlıq gələcək. "Neftçi" ilə final matçında qol vurmağı çox istəyirdim. Amma mən bunu sonuncu adlandırmazdım. Çünki komandanın bütün üzvləri dostlarımdır və bəlkə də nə vaxtsa yenidən buraya qayıtdım, kim bilir".
