4 iyun 2015 11:45
Vüqar Nadirov: Çempionlar Liqasının qrupuna düşməliyik
"Qarabağ"ın hücumçusu Vüqar Nadirov Azərbaycan Kubokunun finalında "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 3:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Həm çempionatda, həm də kubokda birinci olmağımız yaxşı oldu. Bu qələbəmizi Qarabağ qaçqınlarına həsr edirəm. Qarşıda bizi Avropa gözləyir. Çempionlar Liqasında yaxşı oynamağa çalışacağıq. Artıq qarşımıza daha böyük hədəflər qoymalıyıq. Məsələn, ÇL-in qrupuna düşməyə çalışmalıyıq".
