4 iyun 2015 00:20
Neftçi son beş ildə ilk dəfə mövsümü titulsuz başa vurdu
"Neftçi" son beş ildə ilk dəfə mövsümü titulsuz başa vurub. Azerisport.az xəbər verir ki, 2010/11 mövsümündən başlayaraq, bu komanda ardıcıl üç dəfə Azərbaycan çempionu olmuş, iki dəfə isə kubokun qalibi adını qazanmışdı.
Lakin bu mövsüm Premyer Liqada 4-cü yeri tutan "Neftçi" ötən axşam kubokun finalında "Qarabağ"a 1:3 hesabıyla uduzmaqla son beş ildə ilk dəfə mövsümü titul qazanmadan başa vurdu.
