4 iyun 2015 00:10
Rəşad Sadıqov: Neftçi əlindən gələni etsə də, biz sonadək vuruşduq
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Azərbaycan Kubokunun finalında "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 3:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Rəqib də bu qarşılaşmada qələbə qazanmağı çox istəyirdi. Onlar bunun üçün əllərindən gələni etdilər. Amma biz də sonadək vuruşduq. Final çox gərgin keçdi. Lakin görünür elə belə də olmalı imiş".
