4 iyun 2015 00:00
Qurban Qurbanov: Neftçi oyunda dönüş yarada bilərdi
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun finalında "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Uşaqlar bu qələbəyə layiq idilər. Çətin mövsüm keçirdik. Bu oyunda çoxlu qol imkanımız oldu. Amma onların hamısını dəyərləndirə bilmədik. Rəqib hesab 1:2 olarkən oyunda dönüş yarada bilərdi. Lakin hər şeyi öz xeyrimizə yekunlaşdıra bildik".
