3 iyun 2015 21:45
Kubokun final görüşünün möhtəşəm açılış mərasimi
Hazırda Qəbələ şəhər stadionunda “Qarabağ” və “Neftçi” komandalarının iştirakı ilə Azərbaycan Kubokunun final görüşü keçirilir. Azerisport.az xəbər verir ki, oyundan öncə Peşəkar Futbol Liqası tərəfindən möhtəşəm açılış mərasimi təşkil olundu.
Belə ki, Nəsib Nurun aparıcısı olduğu məclis Röyanın iştirakı ilə konsret proqramı ilə davam etdi. Ən həyəcanlı an is kubokun paraşutla meydançanın mərkəzinə gətirilməsi oldu. Azərbaycan bayrağına boyadılmış paraşüt meydançanın mərkəzinə endi və paraşütçü kuboku müvafiq şəxslərə təqdim etdi.
Azərbaycan Respublikasının dövlət himnini isə stadiona toplaşanlar müğənni Azərinlə birgə səsləndirdilər.












