3 iyun 2015 19:45
Mehman Allahverdiyev: Kuboku Neftçinin qazanacağına inanıram
"Kəpəz"in icraçı direktoru Mehman Allahverdiyev Azərbaycan Kubokunun "Qarabağ"la "Neftçi" arasında keçiriləcək final oyunu öncəsi fikirlərini bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırda "Qarabağ" Azərbaycanın ən güclü komandası hesab olunur. Bu komanda hər mövqe üzrə güclüdür. Amma mən yenə də "Neftçi"nin kuboku qazanacağına inanıram".
