3 iyun 2015 17:45
Pavel Paşayev yığmamızdakı ilk məşqindən danışdı
Azərbaycan yığmasının yeni futbolçusu - Ukraynanın "Metallurq" (Zaporojye) klubunun müdafiəçisi Pavel Paşayev əsas komandamızdakı ilk məşqindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk məşqimiz ötən gün baş tutdu. Çıxdım, məşq etdim. Hələ baş məşqçi ilə heç bir söhbətimiz olmayıb. Amma hər şeyin yaxşı olacağına inanıram. Bütün futbolçuların yığmanın düşərgəsinə gəlməsini gözləyirəm. Onların da sayəsində Serbiya və Norveçlə oyunlarda yaxşı nəticə qazanacağıq".
