3 iyun 2015 17:00
Sumqayıtdan Ramazanov açıqlaması
"Sumqayıt" Futbol Klubu 2015/2016 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Azerisport.az xəbər verir ki, sözügedən klub Məhəmməd Alıyev və Nuran Qurbanovun ardından daha bir futbolçunu heyətinə qatıb.
Belə ki, son olaraq "Xəzər Lənkəran"da çıxış etmiş Ağabala Ramazanov növbəti mövsümdən "Sumqayıt"ın uğurları üçün çalışacaq. 22 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
