3 iyun 2015 16:15
Yığmamızın futbolçusu ilə İspaniya və İngiltərə klubları maraqlanır
Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun karyerasını harada davam etdirəcəyi hələ də müəyyənləşməyib. Azerisport.az xəbər verir ki, müqavilə ilə "Mursiya"ya məxsus olan, son mövsümü isə icarə əsasında "Qranada"da keçirən millimizin üzvü yenə də La Liqada qalmaqda maraqlıdır.
Lakin "Qranada" rəhbərliyi onun transfer hüququnu almaqda maraqlı deyil. Sözügedən klubun rəhbərliyi yenə Eddini icarə əsasında heyətdə saxlamaq istəyir. "Mursiya"nın isə buna razı olub-olmayacağı hələlik, bilinmir.
Son məlumatlara görə isə, İsrafilovun xidmətində İspaniyanın bəzi başqa klubları da maraqlıdır. Hətta İngiltərə klublarından da onu heyətində görmək istəyənlər var.
