3 iyun 2015 16:00
Emil Balayev: Futbolçularda final matçı zamanı xüsusi motivasiya olur
Azərbaycan yığmasının və Almaniyanın "Ayntraxt" (Frankfurt) klubunun qaıçısı Emil Balayev Azərbaycan Kubokunun finalı çərçivəsində "Qarabağ"la "Neftçi" arasında keçiriləcək oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu komandalar arasındakı oyunlar həmişə gərgin mübarizə şəraitində, maraqlı keçib. Ağdamlılar son dövrlər daha çox qələbə qazansa da, öncədən finalda kimin qalib gələcəyini demək çox çətindir. Final matçı zamanı futbolçularda motivasiya xüsusi olur. Bir şeyə dəqiq əminəm - maraqlı və güzəştsiz oyun izləyəcəyik".
