Azərbaycan klubu Fransa təmsilçisinə qalib gəldi
Bu gün İtaliyanın Kataniya şəhərində çimərlik futbolu üzrə Euro Winners Cup turnirində ikinci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu turnirdə mübarizə aparan Azərbaycan çempionu "Amrahbank" da növbəti matçına çıxıb.
Təmsilçimiz bu dəfə Fransanın "Monpelye" klubu ilə qarşılaşıb. 11 qola səhnə olan görüş Azərbaycan klubun çətin qələbəsi ilə başa çatıb.
"Amrahbank" - "Monpelye" - 6:5 (1:2, 2:0, 3:3)
Qollar: Sabir Allahquliyev, 11 (1:1), 25 (4:2), Ramil Əliyev, 17 (2:2), Asif Zeynalov, 24 (3:2), Renat Sultanov, 31 (5:2), 37 (6:5)
"Amrahbank" bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb: Əbdül Əliyev, Sabir Allahquliyev, Ramil Əliyev, Hikmət Bağırov, Elvin Quliyev, Elşad Quliyev, Asif Zeynalov, Zeynal Zeynalov, Emin Kürdov, Renat Sultanov, Vaqif Şirinbəyov.
Qeyd edək ki, ötən gün baş tutan ilk turda "Amrahbank" Rusiya "Lokomotiv"inə 0:5, "Monpelye" isə Rumıniyanın "Konstanta" klubuna 3:4 hesabıyla uduzmuşdu.
