3 iyun 2015 15:30
Tərlan Əhmədov: Final üçün favoritim yoxdur
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Kubokunun finalı çərçivəsində "Qarabağ"la "Neftçi" arasında keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hər iki komandaya azarkeşlik edəcəyəm. Birində oynamağa başlamışam, digərində ən çətin günlərimi keçirmişəm. Şansların bərabər olduğunu düşünürəm. Baxmayaraq ki, bakılıların düşərgəsində itkilər var. Qoy güclü qalib gəlsin. Mənim bu qarşılaşma üçün favoritim yoxdur".
