3 iyun 2015 15:15
Qadın məşqçilərə diplomlar təqdim olundu
İyunun 1-dən etibarən Bakıda AFFA-nın təşkilatçılığı ilə qadın məşqçilər üçün UEFA-nın B kateqoriyalı məşqçi kursu keçirilib. Azerisport.az xəbər verir ki, AFFA-nın Futbol akademiyasında təşkil olunmuş məşğələlərə 21 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzales və UEFA-dan dəvət olunmuş təlimatçı Anya Paluşeviç rəhbərlik edib.
Kursun bu mərhələsinə bu gün yekun vurulub. İştirakçılara Bernhard Lippert, Sərxan Hacıyev, Anya Paluşeviç və Patriciya Gonzales tərəfindən müvafiq diplomlar təqdim olunub.













